Joarlemin sağlamlıq durumu bəlli olub

Misli Premyer Liqasının 12-ci turunda “Şamaxı” ilə oyunda zədələnən “Turan Tovuz”un futbolçusu Joarlem Batistanın durumu açıqlanıb.

60-cı dəqiqədə rəqiblə toqquşaraq meydanı erkən tərk edən braziliyalı hücumçunun müayinə olunduğu bildirilib.

Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin sözlərinə görə, futbolçunun ciddi zədəsi yoxdu və o, artıq komanda ilə məşqlərdə iştirak edir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6