Murad Məmmədovun “Pafos”dakı gələcəyi sual altındadır

“Neftçi”dən “Pafos”a keçən 20 yaşlı Murad Məmmədov yeni komandasında oyun praktikası qazanmaqda çətinlik çəkir. Futbolçu zədədən qayıtdıqdan sonra əsas heyətdə möhkəmlənə bilməyib.

Zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan Məmmədov oktyabrın 26-da geri dönüb. O, zədədən sonra çempionatda çıxdığı üç qarşılaşmanın heç birində start heyətində yer almayıb və ümumilikdə 65–70 dəqiqə meydanda olub.

“Pafos” rəhbərliyinin futbolçunun potensialına inandığı və onu göndərmək niyyətində olmadığı bildirilsə də, oyun müddətinin azlığı qışda icarə ehtimalını gündəmə gətirir. Klubun 2030-cu ilə qədər müqavilə bağladığı oyunçunu birdəfəlik satmaqdansa, icarəyə verməsi daha məntiqli görünür.

Futbolçunun zədədən qayıtmasından hələ bir ay keçdiyi üçün gələcəyi ilə bağlı qəti fikir söyləmək tezdir. Məmmədov qarşıdakı dövrdə ya “Pafos”da rəqabət aparmalı, ya da müntəzəm oynamaq üçün başqa komandaya keçid variantını dəyərləndirməlidir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6