Alexandro Baldenin zədə durumu bəlli olub

“Barselona”nın müdafiəçisi Alexandro Baldedə sağ topuq bağlarının yüngül dartılması aşkarlanıb.

Futbolçu Çempionlar Liqasında “Sabah”la keçirilən və 4:1 hesablı qələbə ilə başa çatan matçın ikinci hissəsində zədələnib.

23 yaşlı oyunçunun İspaniya çempionatının 14-cü turunda “Deportivo” ilə oyunda iştirakı istisna edilmir. Onun meydana çıxması bərpa prosesinin gedişindən asılı olacaq.

Balde cari mövsümdə bütün turnirlərdə 6 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6