“Turan Tovuz” və “Sumqayıt”ın heyətində cəzalı futbolçular var

Noyabrın 27-də start götürəcək Misli premyer-liqasının 13-cü turunda bəzi futbolçular cəzalı olduqları üçün komandalarına kömək edə bilməyəcəklər.

“Sumqayıt”ın heyətində Lukas Blek “Sabah”la matçda aldığı qırmızı vərəqə səbəbindən “Qarabağ”a qarşı keçiriləcək oyunu buraxacaq.

“Turan Tovuz”un futbolçusu Xorxe Silva isə “Şamaxı” ilə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün “Kəpəz”lə matçda iştirak etməyəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6