Emin Mahmudovun karyerası ilə bağlı suallar yaranıb

Arxiv fotosu; Emin Mahmudov
AFFA · Arxiv fotosu

Emin Mahmudov bu ay milli komandadakı karyerasını başa vuracağını açıqlayıb. O, Lixtenşteyn və Andorra ilə keçiriləcək oyunlardan sonra yığma ilə vidalaşacaq.

Futbolçunun “Neftçi” ilə müqaviləsi cari mövsümün sonunda bitir. Bu vəziyyət Eminin klub karyerasını da sonlandırıb-sonlandırmayacağı barədə suallar doğurub.

“Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı futbolçunun klub karyerasını bitirəcəyi ilə bağlı onlara məlumat vermədiyini bildirib.

Qeyd edək ki, Emin Mahmudov 2016-cı ildən milli komandada, 2017-ci ildən isə “Neftçi”də çıxış edir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6