Natan Oduva: “Azərbaycanlı gənc futbolçulara ilham verə bildiyimi ümid edirəm”

“Tottenhem”in yetirməsi olan və Azərbaycanda “Şamaxı” ilə “Turan Tovuz”da çıxış etmiş Natan Oduva karyerası və ölkəmizdəki təcrübəsi barədə danışıb. Futbolçu “Turan Tovuz”un Premyer Liqaya qayıtdığı mövsümdə komandanın bir parçası olmağın onun üçün möhtəşəm təcrübə olduğunu bildirib.

Oduva Azərbaycan futbolunun gözlədiyindən daha texniki olduğunu qeyd edib. Futbolçu ölkəmizdən ayrılma səbəbini müqavilə şərtlərində razılığa gələ bilməmələri və karyerasını inkişaf etdirmək üçün yeni imkanlar axtarması ilə əlaqələndirib.

Hazırda yeni klub axtarışında olan Oduva fiziki formasını qoruduğunu və hələ bir neçə il yüksək səviyyədə oynaya biləcəyinə inandığını vurğulayıb. O, mümkün qədər yüksək divizionda çıxış etmək istədiyini bildirib.

Azərbaycanlı azarkeşlərə dəstəklərinə görə təşəkkür edən hücumçu, yerli gənc futbolçulara ilham verə bildiyinə ümid etdiyini ifadə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6