“Kəpəz” və “Qarabağ”ın futbolçuları meydana şəhid övladları ilə çıxacaqlar

Oyun başa çatıb. Nəticəyə bax

Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qarabağ” oyununda futbolçular meydana şəhid övladları ilə birlikdə çıxacaqlar.

Gəncə klubunun mətbuat xidmətinin məlumatına görə, “Kəpəz” rəhbərliyinin bu təşəbbüsü Peşəkar Futbol Liqası tərəfindən müsbət qarşılanıb.

Şəhid övladları meydana çıxdıqdan sonra qarşılaşmanı tribunadan izləyəcəklər. Təşəbbüs “Kəpəz” və “Gəncə Park City”nin birgə təşkilatçılığı, PFL-in icazəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşacaq.

Görüş sabah Gəncə şəhər stadionunda baş tutacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6