Azərbaycan millisi Andorranı məğlub edərək ili qələbə ilə başa vurdu

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisi yoldaşlıq oyununda Andorranı 3:1 hesabı ilə məğlub edib. Bu qələbə ilə yığma ilin son matçını uğurla tamamlayıb.

Seleksiya xarakteri daşıyan görüşdə Eşqin Əhmədov və Murad Məmmədov yığmada debüt ediblər. İlk hücumda fərqlənən Əhmədov debüt matçında ən erkən qol vuran futbolçu kimi tarixə düşüb.

Kapitan Emin Mahmudov bu matçla yığma karyerasını 66 oyunla başa vurub. 65-ci dəqiqədə əvəzlənən futbolçunu həm komanda yoldaşları, həm də rəqib oyunçular alqışlarla yola salıblar.

Mahmudovun meydanı tərk etməsindən qısa müddət sonra Toral Bayramov penaltidən fərqlənib. İkinci hissədə dominant oyun nümayiş etdirən milli, yaradılan bir neçə qol şansını isə boşa verib.

Ardıcıl üç qələbə qazanan Azərbaycan millisi mart ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlaşacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6