“Kəpəz” - “Qarabağ” oyunu üçün bütün biletlər satılıb

Arxiv fotosu; “Qarabağ”dan səfər qələbəsi
Qarabağ FK · Arxiv fotosu

Oyun başa çatıb. Nəticəyə bax

Misli premyer-liqasının 12-ci turu çərçivəsində noyabrın 22-də keçiriləcək “Kəpəz” - “Qarabağ” matçı üçün bütün biletlər satılıb. Bu barədə “Kəpəz” klubunun rəsmi saytı məlumat yayıb.

Hazırda nə onlayn platformalarda, nə də fiziki kassalarda bilet qalıb. Bununla əlaqədar olaraq, Gəncə şəhər stadionunun kassaları qarşıdakı günlərdə bağlı olacaq.

15363 yerlik Gəncə şəhər stadionunda baş tutacaq qarşılaşmada mövsümün yeni rekordunun qeydə alınacağı gözlənilir. Görüş noyabrın 22-də saat 17.00-da başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6