“Kəpəz” klubu Vətən müharibəsi veteranları ilə görüş keçirib

8 Noyabr - Zəfər Günü ərəfəsində “Kəpəz” klubunun rəhbərliyi Vətən müharibəsi iştirakçıları ilə bir araya gəlib. Görüşdə klubun İdarə Heyətinin sədri Anar Abdullayev, İdarə Heyətinin üzvü Umud Tarverdiyev və müharibə veteranı, akademiyanın məşqçisi Talıb Rzayev iştirak ediblər.

Anar Abdullayev 44 günlük müharibədə qazanılan qələbənin xalqın birliyinin və dövlət siyasətinin təntənəsi olduğunu vurğulayıb. O, qəhrəmanlıq göstərən şəxslərə minnətdarlığını bildirərək, şəhidlərə rəhmət, qazilərə isə cansağlığı arzulayıb.

Talıb Rzayev döyüş dövründəki ruh yüksəkliyindən və qələbə əzmindən bəhs edərək, Zəfər Gününün gələcək nəsillər üçün əhəmiyyətini qeyd edib. Görüşün sonunda qazilərə hədiyyələr təqdim olunub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6