“Sabah” bu gün “Barselona”nı qəbul edir

Arxiv fotosu; “Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!
Sabah FK · Arxiv fotosu

UEFA Çempionlar Liqasının V turunda “Sabah” bu gün Bakı Olimpiya Stadionunda “Barselona” ilə qarşılaşacaq. Matç saat 21:45-də başlayacaq.

Azərbaycan klubları avrokuboklarda İspaniya təmsilçiləri ilə indiyədək doqquz dəfə üz-üzə gəlib. Bu görüşlərin heç birində Azərbaycan komandaları qələbə qazana bilməyib, 3 oyunda isə heç-heçə qeydə alınıb.

İspanlara qarşı ilk sınağı 2015-ci ildə Avropa Liqasının təsnifat mərhələsində “İnter” (hazırkı “Şamaxı”) keçirib. Bakılılar “Atletik”lə oyunlarda ümumi hesabda məğlub olublar.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6