Qari Nevill: “Arsenal” çempionluq yolunda çətinlik çəkməməlidir

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill İngiltərə Premyer Liqasında çempionluq mübarizəsinin gərgin keçməyəcəyini proqnozlaşdırıb. O, “Arsenal”ın hazırda digər rəqiblərindən fərqləndiyini və çempionluq yolunda çətinlik çəkməyəcəyini bildirib.

Nevill “Mançester Siti”nin Pep Qvardiolanın rəhbərliyi altında əvvəlki qorxulu gücünü itirdiyini qeyd edib. O, həmçinin “Çelsi” və “Mançester Yunayted”in çətin dövr yaşadığını, “Liverpul”un isə nisbətən yaxşılaşdığını vurğulayaraq, turnir cədvəlinin qəribə göründüyünü və ön plana yeni komandaların çıxdığını deyib.

Hazırda “Arsenal” 12 turdan sonra 28 xalla turnir cədvəlinə liderlik edir. “Brayton” və “Mançester Siti” 22 xalla növbəti pillələri bölüşür, “Liverpul”, “Bornmut” və “Lids” isə ilk altılıqda qərarlaşıb.

“Arsenal” yanvarın 27-də Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində “Sabah”ı qəbul edəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6