Saşa Yunisoğlu: Heyət seçiminə və nəticəyə görə Ayxan Abbasov cavabdehdir

Arxiv fotosu; Ayxan Abbasov
Arxiv fotosu

Azərbaycan millisinin veteran müdafiəçisi Saşa Yunisoğlu yığmanın Millətlər Liqasında Lixtenşteynlə keçiriləcək oyunda qələbə qazanaraq qrupda birinci yeri təmin edəcəyini gözləyir.

Yunisoğlu Bakıdakı əvvəlki oyunda komandanın 90 dəqiqə hücumda olmasına baxmayaraq, qol epizodlarını dəyərləndirə bilmədiyini və bəxtsizlik yaşandığını bildirib. O, məşqçi korpusu və futbolçuların bu oyunu təhlil edərək Lixtenşteyndə daha konsentrasiyalı olacaqlarına inanır.

Baş məşqçi Ayxan Abbasovun heyət seçimlərinə münasibət bildirən veteran futbolçu, məşqçinin öz planına uyğun seçim etdiyini və nəticəyə görə məsuliyyət daşıdığını qeyd edib. Yunisoğlu Abbasovun ən yaxşıları çağırdığını və gənc oyunçulara şans verməsinin gələcək üçün vacib olduğunu vurğulayıb.

Lixtenşteyn və Azərbaycan komandaları arasında oyun bu gün saat 23:45-də başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6