Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyununa hazırlaşır

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Noyabrın 16-da Enkam şəhərində Andorra və Azərbaycan milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Görüş öncəsi təşkil olunan mətbuat konfransında baş məşqçi Ayxan Abbasov və kapitan Emin Mahmudov iştirak edib.

Ayxan Abbasov bildirib ki, komanda ilin son oyununu qələbə ilə başa vurmağı hədəfləyir. Baş məşqçi sabahkı matçda rotasiyalı heyətdən istifadə edərək gənc futbolçulara şans verməyi və onları milliyə qazandırmağı planlaşdırır.

Emin Mahmudov Andorra ilə matçın milli komanda karyerasında sonuncu olacağını təsdiqləyib. Kapitan son oyununda yaxşı çıxış edərək qələbə qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Ayxan Abbasov Emin Mahmudovun milli komandadakı xidmətlərini yüksək qiymətləndirib və onun komandanın tarixində iz qoyan futbolçulardan olduğunu qeyd edib. Baş məşqçi sabahkı oyunun kapitan üçün oynanılacağını bildirib.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6