Coy-Lens Mikels “Sabah”ın məşq fotolarında yer almadığı üçün narazılığını bildirib

“Sabah”ın “Barselona” ilə oyundan əvvəl keçirdiyi açıq məşqdən sonra maraqlı hadisə yaşanıb. Klubun sosial şəbəkə hesablarında paylaşılan fotolarda Coy-Lens Mikelsin yer almaması futbolçunun etirazına səbəb olub.

Almaniyalı futbolçu klubun paylaşımının rəy bölümünə “Mikels hardadı?” yazaraq fotoqrafa etirazını bildirib. O, daha sonra öz “instaqram” hesabında polşalı fotoqraf Martsin Petrjakın çəkdiyi şəkillərini paylaşıb.

Mikels oyunöncəsi son məşqdə iştirak edib və narahat olmağa əsas yoxdu. Futbolçunun klub fotoqrafından incik düşüb-düşmədiyi isə bəlli deyil.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6