“Sumqayıt” - “Sabah” matçının biletləri satışa çıxarılıb

Arxiv fotosu; “Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!
Sabah FK · Arxiv fotosu

Noyabrın 20-də saat 19:00-da keçiriləcək “Sumqayıt” - “Sabah” oyunu üçün biletlərin satışı başlayıb.

Biletləri iTicket.az saytı, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi və oyun günü saat 15:00-dan etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından almaq mümkündür.

Hazırda 4-12-ci sektorlar üçün biletlər satışdadır, lakin zərurət yaranarsa, digər sektorlar da satışa çıxarılacaq.

Biletlərin qiyməti sektorlara görə 2, 3, 5 və 10 manat təşkil edir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6