Murad Məmmədov və Mahir Emreli hələ də milli komandanın düşərgəsinə qoşulmayıb

Arxiv fotosu; Murad Məmmədov
Arxiv fotosu

Azərbaycan milli komandası noyabrın 13-də Lixtenşteyn, 16-da isə Andorra ilə səfər oyunlarına hazırlaşır. AFFA-nın mətbuat xidmətinin rəhbəri Aida Əliyevanın məlumatına görə, noyabrın 7-dən toplanışa başlayan komandada legionerlər Murad Məmmədov və Mahir Emreli hələ düşərgədə deyil.

Milli komanda sabah saat 17.00-da İsveçrəyə yola düşəcək. Murad Məmmədovun bu gün axşam, Mahir Emrelinin isə sabah İsveçrədə komandaya qoşulacağı gözlənilir.

Lixtenşteynlə matç Vadutsda, Andorra ilə qarşılaşma isə Enkampda keçiriləcək. Oyunöncəsi mətbuat konfransı və açıq məşqin vaxtı barədə əlavə məlumat veriləcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6