Eşqin Əhmədov millidəki debütündən və vurduğu qoldan danışıb

Eşqin Əhmədov millidəki debütündən və vurduğu qoldan danışıb

Azərbaycan millisinin 21 yaşlı yarımmüdafiəçisi Eşqin Əhmədov Andorra ilə yoldaşlıq görüşündə (2:1) yığmadakı debütünü qolla qeyd edib.

Eşqin Əhmədov bildirib ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, komanda qələbə qazanmağı hədəfləyib. O, milli komandanın formasını geyinməyin və Azərbaycan bayrağını daşımağın məsuliyyətini vurğulayıb.

İlk oyununda qol vurduğu üçün çox xoşbəxt olduğunu deyən futbolçu, bu anın onun üçün xüsusi olduğunu qeyd edib.

Gənc oyunçu milli komandaya yenidən dəvət almaq üçün klubunda yaxşı çıxış etməyə, qollar vurmağa və məhsuldar ötürmələr etməyə çalışacağını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6