Bəhlul Mustafazadə: “Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik”

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə qolsuz bərabərə qaldıqları oyunu şərh edib. O, rəqiblərin müdafiəyə çəkilməsi səbəbindən hücumun son mərhələsində boşluq tapmaqda çətinlik çəkdiklərini və qol epizodlarını tamamlamaq üzərində işlədiklərini bildirib.

Mustafazadə komandasının hazırkı vəziyyətinin fərqində olduqlarını və mənfi seriyaya son qoymaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

Növbəti turda “Sumqayıt”la qarşılaşacaqlarını xatırladan müdafiəçi, meydana qələbə qazanmaq məqsədilə çıxacaqlarını qeyd edib.

Doqquz aydan çox davam edən fasilədən sonra ilk dəfə start heyətində meydana qayıdan Bəhlul Mustafazadə, yenidən oynamağın əla hiss olduğunu bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6