“Qarabağ”da qış transfer planı: İki legioner yola salına bilər

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın cari mövsümdəki çıxışından narahatdır və qış fasiləsində bəzi futbolçularla yolların ayrılmasına etiraz etməyəcək.

Klubdan ayrılması gözlənilən əsas futbolçular Marko Yankoviç və Joni Montieldir. Hər iki yarımmüdafiəçinin gözləntiləri doğrultmaması və müqavilələrinin gələn ilin iyununda başa çatması bu ehtimalı gücləndirir.

Marko Yankoviçin vəziyyəti “Qəbələ” ilə oyunda Mateus Silva ilə yaşadığı qalmaqaldan sonra daha da çətinləşib. “Qarabağ”ın yanvarda hər iki oyunçunun transferindən gəlir əldə etməsi də istisna edilmir.

Müqaviləsi yayda bitəcək Elvin Cəfərquliyevin də durumu qeyri-müəyyəndir. Futbolçunun hazırda zədəli olması onun qışda transfer olunması ehtimalını azaldır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6