Misli Premyer Liqasında 13-cü turun növbəti oyunları keçiriləcək

Arxiv fotosu; "Zirə" klubunun finalöncəsi məşqi
PFL · Arxiv fotosu

Misli Premyer Liqasının 13-cü turu çərçivəsində bu gün iki qarşılaşma baş tutacaq. “Turan Tovuz” Tovuz şəhər stadionunda “Kəpəz”i qəbul edəcək, “Sabah” isə “Sabah Arena”da “Araz-Naxçıvan”la üz-üzə gələcək.

“Turan Tovuz” və “Kəpəz” matçı saat 16:30-da başlayacaq və oyunu İnqilab Məmmədov idarə edəcək. “Sabah” və “Araz-Naxçıvan” komandaları arasındakı görüş isə saat 19:00-da start götürəcək və matçın baş hakimi Vüqar Həsənli olacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6