Aleks Kampos "Barselona"dakı debütü ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası "Sabah" 1-4 "Barselona" (İspaniya)
PFL

“Barselona”nın 18 yaşlı müdafiəçisi Aleks Kampos UEFA Çempionlar Liqasının 5-ci turunda Bakıda “Sabah”a qarşı keçirilən oyunda əsas komandada debüt edib.

Kampos instaqram hesabında paylaşdığı emosional mesajda bu debütü uşaqlıq arzusu kimi qiymətləndirib və ona dəstək olanlara təşəkkürünü bildirib.

Futbolçu gələcəkdə daha çox şans qazanmaq üçün səylə çalışmağa davam edəcəyini vurğulayıb.

Hansi Flikin komandasının müdafiə xəttindəki zədələr səbəbindən heyətə cəlb olunan oyunçu Bakıdakı matçın son 25 dəqiqəsində meydanda olub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6