“Kəpəz”in kollektivi Konstantin Abramenkonun məzarını ziyarət edib

Arxiv fotosu; MPL 26/27 XII tur "Kəpəz" 0-0 "Qarabağ"
PFL · Arxiv fotosu

Gəncə futbolunun inkişafında böyük xidmətləri olan əfsanəvi məşqçi Konstantin Abramenkonun anım günü qeyd olunub. “Kəpəz” PFK-nin rəsmiləri, məşqçilər və futbolçular Gəncədəki Fəxri Xiyabana gedərək mərhumun məzarını ziyarət ediblər.

Məzarın üzərinə əklil və tər qərənfillər qoyulub, məşqçinin xatirəsi yad edilib. “Dyadya Kostya” kimi tanınan Abramenko Maşallah Əhmədov, Mahmud Qurbanov və Yunis Hüseynov kimi onlarla güclü futbolçunun yetişməsində əməyi olub.

Azərbaycanın əməkdar məşqçisi olan Konstantin Abramenko 2005-ci il noyabrın 28-də 82 yaşında vəfat edib.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6