Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” məğlub olub

Rumıniya Superliqasının 17-ci turunda “Petrolul” doğma meydanda “Arceş”i qəbul edib.

Qonaq komanda 41-ci dəqiqədə Qabriel Çarpentierin vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov matça ehtiyat oyunçular skamyasında başlayıb və 81-ci dəqiqədə meydana daxil olub.

“Petrolul” 30 xalla turnir cədvəlində dördüncü pillədə yer alır.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6