Mehdi Hüseynzadə adına stadionda növbəti təftiş keçiriləcək

Mehdi Hüseynzadə adına stadionda növbəti təftiş keçiriləcək

“Sumqayıt” klubu cari mövsümdə hələ də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan istifadə edə bilməyib. Noyabrın 20-də keçiriləcək “Sumqayıt” – “Sabah” matçının PFL tərəfindən bu arenada keçirilməsi nəzərdə tutulsa da, stadionda yenidən təftiş aparılacaq.

PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev bildirib ki, stadionun ot örtüyünün vəziyyəti əvvəlki dövrlə müqayisədə qat-qat yaxşıdı. Qurum rəsmisi sabah saat 11-də arenada baxış keçiriləcəyini və nəticələrə uyğun raport hazırlanacağını qeyd edib.

Sənan Abdullayevin sözlərinə görə, matçın keçirilməsində heç bir problemin olmayacağı görünür, lakin ətraflı məlumat yalnız sabahkı təftişdən sonra veriləcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6