Bruno Lanqa: Qurban Qurbanov bizə yol göstərəndir

Arxiv fotosu; Qurban Qurbanov
Qarabağ FK · Arxiv fotosu

“Qarabağ”ın müdafiəçisi Bruno Lanqa baş məşqçi Qurban Qurbanovla mütəmadi olaraq danışıqlar apardıqlarını bildirib. Mozambikli futbolçu çalışdırıcısını komanda üçün yol göstərən şəxs kimi xarakterizə edib.

Lanqa hazırda əsas məqsədinin komandaya faydalı olmaq olduğunu qeyd edib. O, oyununu daha da yaxşılaşdıra biləcəyini vurğulasa da, hazırda işlərini yaxşı gördüklərini bildirib.

Çempionatın uzun bir marafon olduğunu deyən legioner, qarşıda çoxlu hadisələrin baş verəcəyini və fərqli nəticələrin olacağını proqnozlaşdırıb. O, bu səbəbdən hər şeyə normal yanaşdıqlarını əlavə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6