Andrey Arşavin Bakıya gəlib

Rusiya millisinin və İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Andrey Arşavin Bakıya səfər edib.

Arşavinin Azərbaycana gəlişinin əsas məqsədi noyabrın 25-də keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsindəki “Sabah” - “Barselona” oyununu stadiondan izləməkdir.

Bakıda olduğu müddətdə Andrey Arşavin “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə görüşüb. Azərbaycan millisinin qapıçısı görüşlə bağlı birgə fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6