“Sabah” “Barselona” ilə qarşılaşmada mükafat qazana bilər

Arxiv fotosu; “Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!
Sabah FK · Arxiv fotosu

“Sabah” bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda “Barselona”nı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Hazırda 3 xalla 30-cu pillədə qərarlaşan “Sabah” turnirdə “Slaviya”ya qalib gəlib, “Mançester Yunayted”, “Borussiya” və “Vikinq”ə isə məğlub olub. 9 xalı olan “Barselona” isə turnir cədvəlində 8-ci yerdədir.

“Sabah” futbolçularının “Barselona”dan xal alacağı təqdirdə böyük mükafat əldə edəcəkləri gözlənilir. Qələbə qazanılarsa, hər futbolçuya 250 min dollar, heç-heçə halında isə 120-150 min dollar mükafat verilə bilər.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6