Lorenzo Mezzotero Azərbaycan yığmasına gələ bilmədiyi üçün təəssüflənir

Arxiv fotosu; Lorenzo Mezzotero
Arxiv fotosu

“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzotero zədə səbəbindən Azərbaycan yığmasının düşərgəsinə qoşula bilmədiyi üçün təəssüf hissi keçirir. 18 yaşlı futbolçu AFFA rəsmiləri ilə telefon danışığında zədəsinin ciddi olmadığını, lakin klub həkimlərinin məsləhəti ilə riskə getmədiyini bildirib.

AFFA məsələni dəqiqləşdirmək üçün “Sampdoriya” klubuna sorğu göndərib və İtaliya tərəfi rentgen nəticələrini Bakıya təqdim edib. Müayinələr hücumçunun “Karrareze” ilə matçda sağ ayağının topuq nahiyəsindən xəsarət aldığını təsdiqləyib.

Klubda zədənin ciddi olmadığı düşünülür və futbolçu yaxın vaxtlarda təkrar müayinədən keçəcək. Bu səbəbdən Mezzoteronun millidə debütü təxirə düşüb və onun əvəzinə heyətə “Araz-Naxçıvan”ın üzvü Ağadadaş Salyanski dəvət olunub.

Lorenzo Mezzotero gələcəkdə yenidən dəvət alacağı təqdirdə bu şansı dəyərləndirməyə hazır olduğunu qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6