Artur Vişniarek Timoteus Puxaçın millidə oynamamasına görə baş məşqçini tənqid edib

Artur Vişniarek Timoteus Puxaçın millidə oynamamasına görə baş məşqçini tənqid edib

Polşalı keçmiş futbolçu Artur Vişniarek “Sabah”ın müdafiəçisi Timoteus Puxaçın Polşa yığmasında şans qazanmamasını tənqid edib.

Vişniarek Puxaçın “Sabah”da mütəmadi oynadığını və Çempionlar Liqasında iştirak etdiyini vurğulayaraq, onun millidə çıxış etməyə layiq olduğunu bildirib.

Mütəxəssis Puxaçın yerində olsaydı, baş məşqçidən oynamaq üçün daha nə etməli olduğunu soruşacağını qeyd edib.

Timoteus Puxaç Polşa yığmasının Millətlər Liqası çərçivəsində Rumıniya ilə keçirdiyi səfər matçında ehtiyatda qalıb və meydana daxil olmayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6