Vəli Qasımov: “Barselona”ya qarşı sürpriz etmək çox çətindir”

Çempionlar Liqasının V turunda “Sabah” bu gün Bakı Olimpiya Stadionunda “Barselona”nı qəbul edir. Matç saat 21:45-də başlayacaq.

İspaniyada çıxış etmiş veteran futbolçu Vəli Qasımov “Barselona”nın matçın aşkar favoriti olduğunu bildirib. O, “Sabah”dan yaxşı oyun gözlədiyini, lakin nəticə qazanmağın çətin olacağını qeyd edib.

Qasımov “Barselona”ya qarşı sürpriz etməyin çox çətin olduğunu vurğulasa da, futbolda bəzən gözlənilməz nəticələrin baş verə biləcəyini istisna etməyib.

Veteran futbolçu işləri ilə əlaqədar Şamaxıda olduğu üçün oyunu stadiondan izləyə bilməyəcəyini bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6