Avro-2028-in seçmə mərhələsində Azərbaycanın səbəti müəyyənləşib

Avro-2028-in seçmə mərhələsində Azərbaycanın səbəti müəyyənləşib

2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması üçün səbətlərin tərkibi bəllidi. Azərbaycan millisi ən aşağı reytinqli komandaların yer aldığı 5-ci səbətdə qərarlaşıb.

Püşkatmada ümumilikdə 54 milli komanda iştirak edəcək və onlar 5 səbətə bölünüb. İlk 4 səbətin hər birində 12, sonuncu səbətdə isə 6 komanda var.

Azərbaycan millisi ilə eyni səbətdə Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteyn yer alıb.

Seçmə mərhələnin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6