Aleksey Kaşuk “Qarabağ”dan ayrılmaq istədiyini etiraf edib

Aleksey Kaşuk "Qarabağ"dan ayrılmaq istədiyini etiraf edib

Aleksey Kaşuk yayda “Qarabağ”dan ayrılmaq barədə düşündüyünü və klubla danışıqlar apardığını bildirib. Futbolçu qeyd edib ki, hazırda baş məşqçinin ona olan etimadını hiss edir və komandada xoşbəxtdir.

Vinger Ukrayna millisinə dəvət almasını və "Qarabağ"dakı çıxışını dəyərləndirib. O, Azərbaycan çempionatında yaxşı oyun nümayiş etdirməklə milli komandaya düşməyin mümkün olduğunu vurğulayıb.

Kaşuk “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun klub üçün gördüyü işləri yüksək qiymətləndirib. O, komandanın avrokuboklarda uğursuzluqla üzləşməsinə baxmayaraq, mövsümün davamında nəticələri yaxşılaşdıracaqlarına inandığını bildirib.

Futbolçu Çempionlar Liqasında “Benfika”ya vurduğu qolu karyerasının əlamətdar hadisəsi kimi xatırlayıb. O, həmçinin “Şaxtyor”la münasibətlərinin yaxşı olduğunu və haqqında yayılan “dikbaş” iddialarını təkzib edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6