Emin Mahmudov milli karyerasını başa vurur

Emin Mahmudov milli karyerasını başa vurur

Emin Mahmudov yığma karyerasını başa vurmaq qərarına gəlib. 34 yaşlı yarımmüdafiəçi bu qərarı federasiya rəhbərliyi ilə məsləhətləşmələrdən sonra qəbul edib.

Andorra ilə keçiriləcək yoldaşlıq görüşü Emin Mahmudov üçün millidə sonuncu matç olacaq. 2016-cı ildən yığmada çıxış edən futbolçu 65 oyunda 16 qol vuraraq milli tarixinin ən məhsuldar oyunçusu rekorduna sahibdi.

Milli karyerasını başa vuran futbolçunun vida matçı üçün Andorra məkanının seçilməsi tənqid olunur. Uzun illər yığmada forma geyən oyunçuların karyeralarını adətən doğma azarkeşlər önündə yekunlaşdırdığı qeyd olunur.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6