Mahir Emreli Azərbaycan millisinin bombardirləri siyahısında irəliləyib

Arxiv fotosu; Mahir Emreli
Arxiv fotosu

UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçirilən oyunda qələbə qolunu vuran Mahir Emreli Azərbaycan millisinin heyətindəki qollarının sayını 8-ə çatdırıb.

29 yaşlı hücumçu bu nəticə ilə yığma tarixinin ən məhsuldar 4-cü futbolçusu ünvanına şərik olub və 8 qolu olan Dmitri Nazarova çatıb.

Emreli 66-cı oyununda 8 qol həddinə çatıb, Nazarov isə bu göstəricini 46 matçda reallaşdırıb.

Millinin ən məhsuldar oyunçusu 16 qolla Emin Mahmudovdur, ikinci sırada isə 14 qolla Qurban Qurbanov yer alır.

Mahir Emreli növbəti dəfə fərqlənəcəyi təqdirdə, 9 qolu olan Vaqif Cavadovun göstəricisinə bərabərləşəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6