Misli Premyer Liqasının 12-ci turunun hakim təyinatları açıqlanıb

Arxiv fotosu; Yoxlama oyunu keçirəcəyik
Neftçi PFK · Arxiv fotosu

Misli Premyer Liqasında 12-ci turun oyunlarını idarə edəcək hakimlərin adları bəlli olub.

Noyabrın 20-də keçiriləcək “İmişli” - “Zirə” matçını Cavid Cəlilov, “Sumqayıt” - “Sabah” görüşünü isə Elvin Bayramov idarə edəcək.

Noyabrın 21-də baş tutacaq “Şamaxı” - “Turan Tovuz” qarşılaşmasına Emin Əliyev, “Şəfa” - “Qəbələ” oyununa isə Əli Əliyev təyin olunub.

Noyabrın 22-də keçiriləcək “Araz-Naxçıvan” - “Neftçi” matçının baş hakimi Rəvan Həmzəzadə, “Kəpəz” - “Qarabağ” qarşılaşmasının baş hakimi isə Rauf Cabarov olacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6