Antonio Verqara “Sabah”a qarşı oyunu buraxacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın rəqibi olan “Napoli”nin yarımmüdafiəçisi Antonio Verqara zədələnib.

Klubun mətbuat xidmətinin məlumatına görə, futbolçunun budundakı ikibaşlı əzələdə ciddi zədə aşkarlanıb.

Təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq 23 yaşlı oyunçu “Sabah”a qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.

“Sabah” və “Napoli” arasında oyun 2027-ci il yanvarın 20-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6