“Kəpəz” “Qarabağ”la oyunun hazırlıqlarını başa vurub

Arxiv fotosu; Mərkəzi oyunda bərabərlik
Qarabağ FK · Arxiv fotosu

“Kəpəz” Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ”la keçirəcəyi matçın hazırlıqlarını yekunlaşdırıb.

Gəncə təmsilçisinin son məşqi azarkeşlərin böyük marağına səbəb olub. “Xəmsə” fan-klubunun üzvləri məşqə qatılaraq futbolçulara dəstək göstəriblər.

Azarkeşlər şüarlar səsləndirib və mahnılar oxuyaraq komandanı qarşılaşmaya ruhlandırıblar.

Noyabrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq. Qarşılaşma üçün bütün biletlər matçdan iki gün əvvəl satılıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6