Marko Yankoviç Monteneqro millisində qol ötürməsi ilə yadda qalıb

Arxiv fotosu; Tahir Gözel
Qarabağ FK · Arxiv fotosu

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi UEFA Millətlər Liqası çərçivəsində Latviyanı 2:1 hesabı ilə məğlub edib.

Matça start heyətdə başlayan və 90 dəqiqə meydanda qalan Yankoviç 70-ci dəqiqədə künc zərbəsindən Nikola Kristoviçin qoluna məhsuldar ötürmə edib.

Monteneqro yığması hazırda qrupda 13 xalla birinci pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6