Xoan Laporta Bakıda “Barselona”nın əyləncə məclisində iştirak edib

“Sabah”la keçiriləcək oyun üçün Bakıya gələn “Barselona” heyəti paytaxt restoranlarının birində təşkil olunan əyləncə məclisində iştirak edib.

Katalon klubunun prezidenti Xoan Laporta da məclisə qatılıb. O, tədbirdə əylənərək klubun himnini oxuyanlara qoşulub.

“Sabah” və “Barselona” komandaları arasında matç bu gün saat 21:45-də başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6