Bakıda “Barselona”nın məşqində gərginlik yaşanıb

Arxiv fotosu; “Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!
Sabah FK · Arxiv fotosu

UEFA Çempionlar Liqasının V turunda “Sabah”la qarşılaşacaq “Barselona”nın Bakı Olimpiya Stadionundakı oyunöncəsi məşqində gərgin anlar qeydə alınıb.

Komandanın fransalı müdafiəçisi Jül Kunde məşqə gecikdiyi üçün baş məşqçi Hans Flik əsəbiləşib.

28 yaşlı futbolçu ötən mövsümdə də məşqlərə gec qatıldığına görə əsas heyətdəki yerini itirmişdi.

“Sabah” və “Barselona” arasında keçiriləcək oyun bu gün saat 21:45-də başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6