“Sabah” və “Barselona” komandalarının təxmini heyətləri açıqlanıb

Arxiv fotosu; “Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!
Sabah FK · Arxiv fotosu

Çempionlar Liqasının V turu çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda “Sabah” və “Barselona” komandaları qarşılaşacaq. Görüş saat 21:45-də başlayacaq.

Kataloniyanın “barcablaugranes.com” saytı matç üçün ehtimal olunan heyətləri təqdim edib. Məlumata görə, “Barselona”nın start heyətində bəzi aparıcı futbolçular yer almayacaq.

Təxmini heyətlərə əsasən, “Sabah”ın start “11-lik”ində Stas Pokatilov, Akim Zedadka, Rəhman Daşdəmirov, Stiv Solvet, Timoteuş Puxaç, İvan Lepinitsa, Umarali Rahmonaliyev, De Keyruş, Kahim Parris, Coy-Lens Mikels və Nvaçukvu yer alacaq.

“Barselona”nın isə meydana Livakoviç, Erik Qarsiya, Pau Kubarsi, Jerar Martin, Alexadro Balde, Fermin Lopes, Frenki de Yonq, Qavi, Karim Adeyemi, Qabriel Jesus və Entoni Qordonla çıxacağı gözlənilir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6