“Sabah”ın futbolçusu Akim Zedadka “Barselona” ilə keçirilən matçda zədələnib. Sağ cinah müdafiəçisi 76-cı dəqiqədə meydanı tərk edərək yerini Tellur Mütəllimova verib.
Aktual mövzular
Oyunlar
XƏBƏR XƏTTİ
“Neftçi”nin yarımmüdafiəçisi Viçko Şevel “Zirə” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən, matçın çətin keçdiyini və 3 xalın vacib olduğunu bildirib. Futbolçu ikinci hissədə müdafiəyə daha çox diqqət ayırdıqlarını, lakin bunun baş məşqçinin tapşırığı deyil, oyunun gedişatından irəli gəldiyini qeyd edib.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb. Bu nəticə Kataloniya təmsilçisinin Bakıda “Sabah”a 4:1 hesabı ilə qalib gəldiyi V tur oyununda qeydə alınıb.
AFFA-nın keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Azərbaycana qayıtmağı planlaşdırır. 2022-ci ildən FİFA-da çalışan funksioner gənclər və idman naziri və ya AFFA-nın prezidenti vəzifələrindən birini tutmaq istəyir.
Cənubi Koreya çempionatının 37-ci turunda “Daejeon” səfərdə “Seul” ilə qarşılaşıb.
“Sabah”ın braziliyalı yarımmüdafiəçisi Du Keyroş Azərbaycan klubuna keçidi ilə bağlı ölkəsinin mətbuatına müsahibə verib. Rusiya “Zenit”indən icarəyə götürülən 26 yaşlı oyunçu təklif alarkən komanda barədə məlumatının olmadığını bildirib.
Azərbaycan I Liqasında IX tura yekun vurulub. “Səbail” öz meydanında “Şimal” komandasını 5:2 hesabı ilə məğlub edib.
Misli Premyer Liqasının 13-cü turunda “Neftçi” və “Zirə” komandaları arasında keçirilən oyundan sonra baş məşqçilər arasında gərgin anlar qeydə alınıb.
Azərbaycan I Liqasının 9-cu turunda “Xankəndi” səfərdə “Zaqatala” komandasına 2:0 hesabı ilə qalib gəlib.
“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Çempionlar Liqasının 5-ci turunda “Barselona”ya 1:4 hesabı ilə uduzduqları oyunu şərh edib. Polşalı oyunçu rəqibin qarşılaşdıqları ən yaxşı komanda olduğunu bildirib.
“Neftçi” Misli Premyer Liqasının XIII turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. Görüşdən sonra komandanın futbolçusu Viçko Şevel bildirib ki, ikinci hissədə müdafiəyə daha çox diqqət ayırmalarına baxmayaraq, baş məşqçidən hesabı qorumaq barədə xüsusi tapşırıq almayıblar.
“Zirə”nin qapıçısı Maykon Kleyton Misli Premyer Liqasının 13-cü turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib. Braziliyalı qolkiper erkən qolun işlərini çətinləşdirdiyini, ikinci hissədə isə yaradılan imkanlardan istifadə edə bilmədiklərini bildirib.
Misli Premyer Liqasının XIII turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub oyunsonu mətbuat konfransında Rəşad Sadıqovla aralarında gərginlik olmadığını bildirib. Mütəxəssis narazılıqlarının yalnız oyundakı bəzi epizodlarla bağlı olduğunu qeyd edib.
Polşa Ekstraklasasının XVI turunda “Rakuv” doğma meydanda “Pyast” ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Rakuv”un heyətində növbəti dəfə fərqlənib. O, Polşa çempionatında “Piast”la keçirilən matçda komandasının yeganə qoluna imza atıb.
Azərbaycan I Liqasının 9-cu turu çərçivəsində keçirilən “Səbail” və “Şimal” komandaları arasındakı qarşılaşmanın videoicmalı təqdim olunub. Görüş “Səbail”in 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqasının 13-cü turu çərçivəsində bu gün iki qarşılaşma baş tutacaq. “Turan Tovuz” Tovuz şəhər stadionunda “Kəpəz”i qəbul edəcək, “Sabah” isə “Sabah Arena”da “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Bu gün Misli Premyer Liqasının 13-cü turu çərçivəsində iki qarşılaşma baş tutacaq.
Əvəzedicilər Liqasında 10-cu tura start verilib və ilk gündə bir oyun keçirilib.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 13-cü turunda “Zirə” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra Rəşad Sadıqovla aralarında mübahisə yaşanması barədə iddialara cavab verib. Ukraynalı mütəxəssis tərəflər arasında heç bir konflikt olmadığını və Rəşad Sadıqova qarşı mənfi münasibət bəsləmədiyini bildirib.
Bu seçimə uyğun xəbər yoxdur.


