UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Arxiv fotosu; UEFA Çempionlar Liqası "Sabah" 2-0 "Slaviya" (Çexiya)
PFL · Arxiv fotosu

UEFA Çempionlar Liqasının 5-ci turundan sonra həftənin rəmzi “11-liyi” müəyyənləşib. Heyətə İngiltərə, İspaniya, İtaliya və Fransa klublarının oyunçuları daxil edilib.

Rəmzi komandada qapıçı mövqeyində Alisson Beker (“Liverpul”), müdafiədə Natan Nqoy (“Lill”), Loqan Kosta (“Vilyarreal”) və Mario Hermoso (“Roma”) yer alıb.

Yarımmüdafiə xəttində Nikolo Barella (“İnter”), Luis Milya (“Komo”), Cud Bellingem (“Real”) və Rayan Şerki (“Mançester Siti”) qərarlaşıb.

Hücum xəttində isə Bakıda “Sabah”ın qapısına iki qol vuran Entoni Qordon (“Barselona”) ilə yanaşı, Kuço Ernandes (“Betis”) və Kilian Mbappe (“Real”) yer alıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6