Misli Premyer Liqasında XIII turun oyunları keçirilir

Misli Premyer Liqasında XIII tura bu gün start verilir. Günün ilk matçında “İmişli” Yevlax şəhər stadionunda “Şəfa”nı qəbul edir və qarşılaşma saat 14:30-da başlayır.

Turnir cədvəlində “İmişli” 12 xalla 8-ci, “Şəfa” isə 5 xalla 11-ci pillədə yer alıb.

Günün ikinci görüşündə lider “Neftçi” “Palms Sports Arena”da “Zirə” ilə qarşılaşacaq. Saat 19:00-da başlayacaq oyunda “Ağ-qaralar” 27 xalla, qəsəbə təmsilçisi isə 20 xalla mübarizə aparır.

XIII tura noyabrın 29-da yekun vurulacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6