Misli Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimləri təyin olunub

Misli Premyer Liqasının 13-cü turundan başlayaraq bəzi qarşılaşmalarda AVAR-2 hakimləri iştirak edəcək. Bu qərar AFFA Hakimlər Komitəsinin müraciəti əsasında VAR hakimlərinin peşəkar inkişafı və təcrübəsinin artırılması məqsədilə verilib.

AVAR-2 hakimlərinin VAR otağındakı fəaliyyəti yalnız təlim və müşahidə xarakteri daşıyır. Onların oyun epizodlarının qiymətləndirilməsində və qərarların qəbul edilməsində heç bir funksional rolu yoxdu.

13-cü turda “Neftçi” - “Zirə” matçında Fəridə Lütfəliyeva, “Sabah” - “Araz-Naxçıvan” oyununda İslam Məmmədov, “Qarabağ” - “Sumqayıt” görüşündə isə Niyaz Əhmədov AVAR-2 kimi təyin edilib.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6