“Şəfa”da Zaur Həşimovun taleyi “İmişli” ilə oyundan asılıdı

Arxiv fotosu; Zaur Həşimov
Arxiv fotosu

“Şəfa” rəhbərliyi komandanın 10 oyundur qələbə qazana bilməməsi səbəbindən baş məşqçi Zaur Həşimovun fəaliyyətindən narazıdı. Klub rəsmiləri 4 ay vaxt verdikləri mütəxəssisin gələcəyi ilə bağlı qərarı “İmişli” ilə keçiriləcək növbəti oyuna saxlayıb.

12 turdan sonra 5 xalla turnir cədvəlində aşağı pillələrdə qərarlaşan “Şəfa” üçün bu qarşılaşma həlledici xarakter daşıyır. Zaur Həşimovun postunda qalması üçün komanda Yevlaxdan mütləq 3 xalla qayıtmalıdı.

Yevlax şəhər stadionunda baş tutacaq “İmişli” – “Şəfa” matçı saat 14:30-da başlayacaq. Cari mövsümdə Premyer Liqada artıq üç baş məşqçi istefası qeydə alınıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6