U-19 millimiz Avropa çempionatının seçmə mərhələsi üçün Serbiyaya yollanır

U-19 millimiz növbəti mərhələyə yüksəlmək üçün Serbiyada qrup qalibi olmalıdır - YENİLƏNİB

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışını noyabrın 8-də başa çatdıraraq Serbiyaya yola düşəcək.

Yığma komandamız noyabrın 9-dan 18-nə qədər Serbiyada keçiriləcək U-19 Avropa çempionatının 2-ci seçmə mərhələsində mübarizə aparacaq.

Milli komandamız qrup mərhələsi çərçivəsində noyabrın 11-də Monteneqro, noyabrın 14-də Serbiya, noyabrın 17-də isə Farer adaları ilə qarşılaşacaq.

Komandanın seçmə mərhələ üçün 21 nəfərlik heyətinə müxtəlif klublardan, o cümlədən Belçikanın “Sent Trüden” klubundan dəvət olunmuş futbolçular daxildir.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6