Azərbaycan 1-ci liqasında 9-cu turun hakim təyinatları açıqlanıb

Azərbaycan 1-ci liqasının 9-cu turunda keçiriləcək oyunları idarə edəcək hakimlər müəyyənləşib.

Noyabrın 26-da “Bakı Sportinq” – “Şahdağ Qusar” matçını Kamran Əliyev, Elmin Süleymanov, Samir Qaracayev və Rövşən Rəcəbov idarə edəcək. Həmin gün “Karvan-Yevlax” – “Mingəçevir” görüşündə Alik Yunusov, Qəzənfər Məmmədov, Rəşad Quliyev və İslam Məmmədov, “Gəncəbasar” – MOİK oyununda isə Nazim Abdullayev, Orxan İbişov, Anar Bədəlov və Namiq Bəkirov hakimlik edəcək.

Noyabrın 27-də baş tutacaq “Zaqatala” – “Xankəndi” matçına Murad Səlimov, Taleh Məmmədov, Rasim Axundov və Ruslan Quliyev təyin olunub. “Səbail-2” – “Şimal” qarşılaşmasını isə Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov və Ceyhun Hüseynov idarə edəcək.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6