Kifayət Mustafayeva UEFA-dan yeni təyinat alıb

Kifayət Mustafayeva UEFA-dan yeni təyinat alıb

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA Qadınlar Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “OH Leuven” – “HB Köge” matçına UEFA nümayəndəsi təyin olunub.

Belçikanın Leuven şəhərindəki “Den Dreef” stadionunda baş tutacaq qarşılaşma noyabrın 11-də Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Oyunu slovakiyalı Miriama Boçkova idarə edəcək, ona yan xətt hakimləri Kamille Soriano və Tilde Larsson kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mixalina Dyakov, VAR və AVAR sistemində isə Katrin Rafalski ilə Benjamin Kortus çalışacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6